RU

Bakı “Beynəlxalq Xalça Festivalı 2026” - a hazırlaşır

Bakı. Trend:

1-3 may 2026-ci il tarixlərində Bakıda növbəti “Beynəlxalq XalçaFestivalı” baş tutacaq. “Azərxalça” ASC və “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasınınİxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyiilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıqsənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcəkinkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarınıntəcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival 1 may tarixində əsas mövzusu “Xalça sənayesi: Dəyər,dizayn və rəqabət qabiliyyəti” olan, Bakı Biznes Mərkəzində baştutacaq Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalçasənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı,tədqiqatçı, ixrac və yaradıcı sənaye nümayəndələrini bir arayagətirəcək.

2-3 may tarixlərində festival İçərişəhərin tarixi küçələrindədavam edərək, qədim karvansaraylar, meydanlar, tarixi evlər xalçasərgiləri, ustad dərsləri, musiqili tədbirlərə ev sahibliyi edəcək.Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıqənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlardatəqdim edəcəklər. Bundan əlavə bir neçə məşhur xarici və yerlirəssamların İçərişəhərdə yerləşən qalereyalarında sərgiləri də baştutacaq.

Qeyd edək ki, Azərbaycan xalçaçılarının peşə bayramı, “Xalçaçıgünü”-ə həsr olunan Xalça Festivalı bu il həm də “Azərxalça”ASC-nin 10 illik yubiley tarixinə təsadüf edir.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər,ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusimaarifləndirici fəaliyyətlər təşkil olunacaq.

3 gün davam edəcək xalça bayramına qatılmaq istəyən hər kəsFestival barədə ətraflı məlumatı bakucarpetfest.az saytından,bakucarpetfest İnstagram ünvanından əldə edə bilər. Əlavə suallarüçün isə [email protected] elektron poçt ünvanına müraciətetmək mümkündür.

Xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyayatanıtmaq üçün hər kəsi 1-3 may tarixlərində Bakı “Beynəlxalq XalçaFestivalı”-na, İçərişəhərə dəvət edirik!

Избранный
9
8
az.trend.az

9Источники