RU

Rüstəm Xəlilov Quyçu kənd sakinləri ilə görüşüb FOTOLAR

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Rüstəm Xəlilov Quyçu kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Salyan Rayon İcra Hakimiyyəti başçısının yerlərdə əhali ilə keçirdiyi müntəzəm səyyar qəbullar çərçivəsində təşkil olunan görüş Quyçu kənd tam orta ümumtəhsil məktəbinin binasında baş tutub.Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.Görüş zamanı ölkəmizdə İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə qazanılan uğurlar, dövlət-vətəndaş münasibətlərinin inkişafı, vətəndaşlara göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verilib. Eyni zamanda rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, icra olunan infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.Qəbul zamanı Rüstəm Xəlilov vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri məsələlərin qısa müddətdə həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
111
demokrat.az

1Источники