RU

Bakının mərkəzindəki bu binalar sökülür, yerində 28 mərtəbə tikiləcək - DETALLAR

Paytaxtın məkrəzində 3 binanın sökülməsinin detalları məlum olub.

Day.Az xəbər verir ki, Xəqəni və Üzeyir Hacıbəyli küçələrində sakinlər artıq mənzillərini boşaldıblar, razılıq əldə olunub. Sökülən binalar Nəsimi rayonu, Xəqəni küçəsi 54, Üzeyir Hacıbəyli küçəsi 51 və Kövkəb Səfərəliyeva küçəsi 2 ünvanlarında yerləşir.

Söküntülərin səbəbi binaların qəzalı vəziyyətdə olmasıdır.

Qeyd edək ki, bu binalar 1950-60-cı illərə aiddir.

Onlardan ikisi 5 mərtəbəli, biri isə 14 mərtəbəlidir.

Sakinlərin sözlərinə görə, bina qəzalı vəziyyətdə idi, bir neçə dəfə su basmışdı. Onlar bildiriblər ki, komissiya ilə müqavilələr bağlanıb və təklif olunan şərtlərlə razılaşıblar.

Yeni layihəyə əsasən, həmin ərazidə 28 mərtəbəli müasir bina tikiləcək. Sakinlərə isə mövcud mənzillərinin sahəsinə əlavə olaraq hər kvadratmetrə görə 20 kvadratmetr artıq sahə veriləcəyi bildirilib. Onlar müqavilə şərtləri ilə razı olduqlarını qeyd ediblər.

Sakinlərə üç il ərzində yeni binanın tikilərək təhvil veriləcəyi vəd olunub.

Elcan Turan
Day.Az

Избранный
125
day.az

1Источники