RU

ABŞ Dövlət Departamentinin əməkdaşı güllələndi

ABŞ Dövlət Departamentinin xidmətdə olan əməkdaşı Virciniyada bıçaqlı hücum törədib.

Publika.az xəbər verir ki, bu barədə "The Daily Caller" qəzeti məlumat yayıb.

32 yaşlı Cared Lamado avtomobil qəzasından sonra insanlara hücum edib. Nəticədə 39 yaşlı qadın həlak olub, daha üç nəfər isə ağır yaralanıb. O, hadisə yerinə gələn polis zabiti tərəfindən vurularaq öldürülüb.

Dövlət Departamenti Lamadonun agentliyin əməkdaşı olduğunu təsdiqləyib. O, 2024-cü ilin sentyabr ayından diplomatik texnologiya mütəxəssisi kimi çalışıb.

Избранный
116
publika.az

1Источники