RU

MÜSİAD Azərbaycan tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə dərnəyin üzvləri üçün #BizBizə iftar proqramı təşkil edilib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Proqrama MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyəti üzvləri, MÜSİAD Azərbaycan üzvləri, Gənc MÜSİAD Azərbaycan nümayəndələri və "MÜSİADAvrasiya İftar Proqramları" çərçivəsində Azərbaycanda səfərdə olan MÜSİAD Baş Qərargahı Xarici Əlaqələr Komissiyasının nümayəndə heyəti iştirak ediblər.

Bizimyol.info xəbər verir ki, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan çıxışında müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını diqqətə çatdırıb. Fuat Kayhan dərnəyin həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat verərək, təşkilatın qarşıya qoyduğu strateji məqsədlərə nail olmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiklərini vurğulayıb.

Proqram çərçivəsində iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və təşkilatın fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr həyata keçirilib. Səmimi və işgüzar mühitdə keçən görüş üzvlər arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
bizimyol.info

1Источники