RU

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks hücumu haqqında danışıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Kiyev, 3 mart, AZƏRTAC

Cənub istiqamətində qış-yaz əks-hücum kampaniyası zamanı Ukrayna qoşunları təxminən 460 kvadratkilometr ərazini azad edə bilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera”ya verdiyi müsahibədə jurnalistin Ukrayna qoşunlarının irəliləməsi ilə bağlı sualını cavablandırarkən bildirib.

“İlin əvvəlindən bəri 460 kvadratkilometr ərazini geri almışıq”, - deyə o əlavə edib.

Fevralın ortalarında Rusiya ilk dəfə Dnepropetrovsk və Zaporojye bölgələri arasındakı sərhəddə Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu barədə məlumat verib. Eyni zamanda, Cənub Müdafiə Qüvvələri cəbhənin bu hissəsindəki faktiki vəziyyəti aydınlaşdırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
azertag.az

3Источники