RU

La Liqa komandasının yeni baş məşqçisi bəlli oldu

İspaniyanın elita klublarından olan "Alaves"in yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

La Liqa təmsilçisi ispaniyalı mütəxəssis Kike Sançes Floresə tapşırılacaq. Tərəflər artıq razılığa gəliblər və sözügedən çalışdırıcı müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq. O, bu postda Eduardo Kudetanı əvəzləyəcək.

Xatırladaq ki, Kike Sançes Flores son olaraq 2024-cü ildə "Sevilya"da işləyib.

Toğrul

Избранный
6
1
fanat.az

2Источники