RU

Azərbaycandan qaz tədarükünün artırılması potensialı mövcuddur - Avrokomissar

Bakı. Trend:

Gələcəkdə Azərbaycandan qaz tədarükünün artırılması potensialımövcuddur.

Trend xəbər verirki, bunu bu gün Avropa İttifaqının enerji və mənzil siyasəti üzrəkomissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasınazirlərinin 12-ci iclası və “Yaşıl”e nerji üzrə Məşvərət Şurasınazirlərin 4-cü iclasının yekunlarına dair mətbuat konfransındabildirib.

“Azərbaycandan aldığımız qaz bizim üçün son dərəcə vacibdir. Bizəməkdaşlıqdan və idxalı artıra bilməyimizdən çox məmnunuq. Hesabedirik ki, gələcəkdə daha çox qaz almaq potensialı var”, – obildirib.

Avrokomissar qeyd edib ki, Avropa İttifaqı gələcəkdə fosilyanacaqlardan asılılığın aradan qaldırılmasına gətirib çıxaracaqkeçid prosesindədir.

“2050-ci ilə qədər biz karbon neytrallığına nail olmalıyıq.Lakin eyni zamanda aydındır ki, qısa və orta müddətli perspektivdəbizə hələ də əhəmiyyətli həcmdə qaz lazım olacaq”, – deyə obildirib.

Yorgensen vurğulayıb ki, Azərbaycan və Aİ bərpa olunan enerjimənbələri sahəsində də əməkdaşlıq edir.

“Mən Azərbaycanın malik olduğu potensialdan və onu necə istifadəetdiyinizdən, həmçinin yaxın illərdə necə genişləndirməyiplanlaşdırdığınızdan çox təsirlənmişəm. Aydındır ki, bu, həm dəAvropa İttifaqı şirkətlərinin qarşılıqlı fayda əsasında bu keçidətöhfə verə biləcəyi bir sahədir. Eyni hal enerji səmərəliliyinə dəaiddir”, – deyə o əlavə edib

Избранный
63
1
az.trend.az

2Источники