Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Gələcəkdə Azərbaycandan daha çox miqdarda təbii qaz ala bilərik".
Oxu.Az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, hər iki tərəf arasında əməkdaşlıq potensialı böyükdür:
"Rusiya-Ukrayna müharibəsindən əvvəl rəsmi Moskvadan qaz alışımız 45 faiz civarında idi. İndi isə bu, 10 faizə düşüb. Təbii ki, bu, Azərbaycan kimi dəyərli dostlar sayəsində olub. Həmçinin əməkdaşlığımız yaşıl enerji sahəsindədir. Gələcəkdə bu istiqamətə Aİ şirkətləri də cəlb oluna bilər".
Məlik Məlikov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.