RU

Real ın futbolçusu ağır zədə aldı dünya çempionatında oynamayacaq

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Rodriqo sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Braziliyalı vinger La Liqanın 26-cı turunun "Xetafe" ilə matçında (0:1) ağır zədə alıb. Sağ dizinin çarpaz bağları qopan 25 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

Braziliya millisinin üzvü iyun ayında başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
4
sportal.az

5Источники