RU

Azərbaycan qlobal enerji təhlükəsizliyinin formalaşmasında etibarlı tərəfdaş kimi çıxış edir - Deputat

Bakı. Trend:

Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz DəhliziMəşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl EnerjiMəşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışındaAzərbaycanın enerji strategiyasının əsas istiqamətlərini, qarşıdakıdövr üçün prioritetləri və beynəlxalq əməkdaşlıq perspektivləriniaydın şəkildə təqdim edib. Azərbaycan artıq yalnız zəngin enerjiresurslarına malik ölkə deyil, həm də qlobal enerjitəhlükəsizliyinin formalaşmasında fəal və etibarlı tərəfdaş kimiçıxış edir.

Bu fikirləri Trend-ə açıqlamasınfs Milli Məclisin deputatı SəbinəSalmanova deyib.

Deputatın sözlərinə görə, son illər həyata keçirilən ardıcıl vədüşünülmüş enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcıenerji mərkəzlərindən birinə çevrilib:

“Bu siyasətin əsasında uzunmüddətli strateji baxış, millimaraqlara söykənən praqmatik yanaşma və dəyişən qlobal enerjibazarına çevik adaptasiya dayanır. Enerji infrastrukturununmodernləşdirilməsi, yeni ixrac marşrutlarının yaradılması və mövcudkəmərlərin ötürücülük qabiliyyətinin artırılması Azərbaycanınbeynəlxalq enerji xəritəsində mövqelərini əhəmiyyətli dərəcədəmöhkəmləndirib. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsindəreallaşdırılan layihələr ölkəmizin təşəbbüskar və etibarlı tərəfdaşrolunu daha da gücləndirib. Bu dəhliz vasitəsilə Xəzər qazınınAvropa bazarlarına çıxarılması təkcə iqtisadi dividendlərqazandırmır, eyni zamanda Avropanın enerji təhlükəsizliyinintəminində mühüm amil kimi çıxış edir. Bu gün Azərbaycan qazı birsıra ölkələrin enerji balansında sabitləşdirici faktor rolunuoynayır”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışındaAzərbaycanın 12 ölkəyə qaz tədarük etdiyini vurğulayıb:

“Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı16-ya çatıb. Bu göstərici ölkəmizin beynəlxalq enerji bazarındakırolunun ardıcıl şəkildə artdığını və enerji diplomatiyasının realnəticələr verdiyini aydın şəkildə göstərir. Boru kəmərlərivasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə Azərbaycanındünyada birinci yerdə qərarlaşması təsadüfi deyil. Bu illər ərzindəformalaşdırılmış güclü infrastrukturun, etibarlı tərəfdaş imicininvə düşünülmüş strateji xəttin məntiqi nəticəsidir. Prezident İlhamƏliyev çıxışında xüsusi vurğulamışdır ki, sonuncu dəfə qaztəchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlısəsləndirilən planlar artıq reallığa çevrilib. Bu fakt bir dahagöstərir ki, ölkəmizdə qəbul edilən qərarlar konkret fəaliyyətproqramına əsaslanır və qısa müddətdə praktik nəticə verir. Enerjisiyasətində sözlə əməl arasında tam uyğunluq Azərbaycanınbeynəlxalq arenada etimadını daha da möhkəmləndirir. Əlamətdarməqamlardan biri də qaz təchizatının artıq Avropa hüdudlarındankənara çıxmasıdır. Bu isə Azərbaycanın enerji ixrac marşrutlarınınşaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyduğunugöstərir. Xəzər qazının yeni istiqamətlərə çatdırılması ölkəmizinqlobal enerji xəritəsində mövqeyini genişləndirir, eyni zamandabeynəlxalq bazarda rəqabət qabiliyyətini artırır”.

Parlamentari onu da qeyd edib ki, Azərbaycan artıq təkcəregional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verənaparıcı ölkələrdən biridir:

“Qaz təchizatının coğrafiyasının genişlənməsi, yenitərəfdaşların qoşulması və mövcud əməkdaşlığın dərinləşməsi gələcəkillərdə də müsbət dinamikanın davam edəcəyini deməyə əsas verir.Enerji sahəsində əldə olunan uğurlar nəqliyyat, logistika, sənayevə yaşıl enerji layihələri kimi digər istiqamətlərdə də yeniimkanlar açır. Beləliklə, Azərbaycan enerji resurslarının ixracıilə yanaşı, regional əməkdaşlıq platformalarının təşəbbüskarı vəfəal iştirakçısı kimi çıxış edərək qlobal iqtisadi sistemdəmövqelərini daha da möhkəmləndirir”.

Məqalədə:
Избранный
18
6
az.trend.az

7Источники