RU

Mövsümün oyununda yaşanan olay - Xoşbəxtlik, yoxsa rəzalət?

Premyer Liqanın 22-ci turunun mərkəzi qarşılaşması "Qarabağ" və "Sabah" arasında baş tutdu.

6 qolun vurulduğu, dramatik keçən, hər iki tərəfin sürətli futbol təklif etdiyi qarşılaşmaya maraq da böyük idi.

Əbəs deyil ki, uzun aradan sonra liqa matçında Tofiq Bəhramov adına Respublika stadionuna bu qədər azarkeş cəm olmuşdu.

Sayları 10361 nəfər idi.

Bu, son 8 mövsümün rekordudur.

Həqiqətən, bütün olanlar hamımızı sevindirdi.

Belə görüşlər futbolumuza çox lazımdır.

Amma bir də stəkana boş tərəfdən baxaq.

Son 8 ildə heç bir liqa görüşünə 10361 nəfərdən çox tamaşaçının gəlməməsi biabırçılıqdır.

Mərkəzi arena bir vaxtlar "Neftçi" - "Qarabağ", "Xəzər Lənkəran" - "Neftçi" görüşlərinə bundan iki dəfə çox azarkeş cəm edirdi.

Deməli, uzun işlərimizi boşa vermişik.

İdarəçilik bərbad, meydanlar boş qalıb.

Bu rəqəm inkişafdan çox rəzalətin göstəricisidir.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Избранный
14
sportinfo.az

1Источники