RU

Uğursuz nəticələr seriyası Arbeloanın "Real"dakı mövqeyini sarsıdıb

İspaniyanın "Real" klubunun baş məşqçisi Alvaro Arbeloa yanvarda komandanın sükanı arxasına keçməsindən sonra futbolçuların etimadını itirmək riski ilə üzləşib.

Moderator.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, uğursuz nəticələr seriyası 43 yaşlı mütəxəssisə dəstəyin azalmasına səbəb olub.

Onun təyinatından sonra yaranan müsbət atmosfer və emosional yüksəliş artıq aradan qalxıb. La Liqa və İspaniya Kubokundakı son məğlubiyyətlər oyunçuların məşqçi ideyalarına inamını zəiflədib.

Xüsusilə çempionatın XXVI turunda doğma meydanda "Xetafe" klubuna 0:1 hesablı məğlubiyyət ciddi narazılıq doğurub. Bundan əvvəl madridlilər səfərdə "Osasuna" komandasına 1:2 hesabı ilə uduzublar.

Hazırda klub rəhbərliyi istefa məsələsini gündəmə gətirmir. Lakin kollektiv daxilində gərginlik artarsa, qərarın dəyişə biləcəyi istisna edilmir.

Arbeloanın rəhbərliyi altında "Real" 12 oyunda 8 qələbə qazanıb, 4 dəfə məğlub olub. Komanda İspaniya Kubokunda mübarizəni dayandırıb və La Liqada lider "Barcelona"dan dörd xal geri qalır.

Избранный
16
1
moderator.az

2Источники