RU

Trampın qardaşı qızı onu Yaxın Şərqdə müharibə başlatmaqda ittiham etdi

ABŞ prezidentinin qardaşı qızı Meri Liya Tramp Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Donald Trampı sərt tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Meri Tramp İranın Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə endirilən zərbə nəticəsində 165 nəfərin həlak olmasına münasibət bildirərək ABŞ liderini məsuliyyət daşımaqda ittiham edib. O, sosial şəbəkə X-də paylaşım edərək Donald Trampı təhqiramiz ifadə ilə “azğın” adlandırıb və uşaqların, eləcə də hərbçilərin ölümünə görə onun məsuliyyət daşıdığını bildirib.

“Biz Donaldın seçdiyi müharibədə iştirak edirik”, – deyə Meri Tramp paylaşımında yazıb.

Ağ Ev tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Regionda davam edən hərbi gərginlik fonunda bu bəyanat ABŞ daxilində də müzakirələrə səbəb olub.

Sara

Избранный
12
nocomment.az

1Источники