Rosatom: İrandakı Buşehr Atom Elektrik Stansiyası təhlükə altındadır
Rusiyanın dövlət nüvə enerjisi korporasiyası Rosatom-un baş direktoru Aleksey Lixaçev İrandakı Buşehr nüvə elektrik stansiyası yaxınlığında partlayış səslərinin eşidildiyini və obyektin təhlükə altında olduğunu bildirib.Lixaçev Moskvada jurnalistlərə İrandakı Buşehr Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı açıqlamalar verib. Lixaçev obyektin yaxınlığındakı hərbi hədəflərə hücumların həyata keçirildiyini vurğulayaraq bildirib ki, "Stansiya üçün təhlükə var, çünki partlayış səsləri stansiyanın fiziki mühafizə xəttindən kilometrlərlə uzaqda eşidilir".
O, Buşehr Atom Elektrik Stansiyasındakı reaktorun və ya yanacaq çənlərinin bütövlüyü pozularsa, geniş ərazilərin çirklənə biləcəyini vurğulayıb və əlavə edib ki, "Hazırda atmosfer hadisələri ilə yanaşı, yüklü hissəciklərin hərəkəti tamamilə gözlənilməzdir və bütün region təhlükə altındadır".