RU

ABŞ İran millisinin DÇ 2026 da iştirakını dəstəkləyir

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

ABŞ İran millisinin DÇ-2026-da iştirakını dəstəkləyir

ABŞ Futbol Federasiyasının baş katibi Cey Ti Batson İran millisinin DÇ-2026-da iştirakına dəstək verdiyini bəyan edib.

QOL.az xəbər verir ki, "Sky Sports"a danışan Batson FİFA prezidenti Canni İnfantinonun bütün yığmaların iştirak edəcəyi təhlükəsiz turnir keçirmək arzusunu tam dəstəklədiklərini bildirib:

"FİFA prezidenti Canni İnfantino ötən həftəsonu bütün komandaların iştirakı ilə təhlükəsiz dünya çempionatı təşkil etmək istədiyini bildirib. Biz də, təbii ki, bunu tam şəkildə dəstəkləyirik. Dünya çempionatlarında İran yığması ilə bir neçə dəfə qarşılaşmışıq. Bu turnirdə üz-üzə gələ biləcəyimiz hər hansı digər rəqib kimi bizim məqsədimiz qalib gəlməkdir. Buna görə də bu fürsəti səbirsizliklə gözləyirik".

Xatırladaq ki, İran millisi dünya çempionatının qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya komandaları ilə mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
qol.az

2Источники