RU

"Qanlı Ay" tutulması

Dünyanın bəzi guşələrinin, o cümlədən Taylandın sakinləri martın 3-də tam ay tutulmasını müşahidə edə biliblər.

Publika.az xəbər verir ki, tutulmanın başlanğıcında və sonunda Ay "qanlı" rəngə boyanıb və adi gözlə aydın görünüb.

Tutulmanın əsas fazası yerli vaxtla saat 18:04-dən 19:05-dək (Bakı vaxtı ilə 15:04-dən 16:05-dək) baş verib. Ayı ən yaxşı şəkildə saat 18:15-dən (Bakı vaxtı ilə 15:15) başlayaraq seyr etmək mümkün olub. "Qanlı Ay"ı müşahidə etmək üçün ən əlverişli şərait Şərqi Asiya, həmçinin Sakit okean regionu, Şimali və Cənubi Amerika sakinləri üçün yaranıb. Rusiyada bu hadisəni yalnız ölkənin şərq hissəsinin, xüsusən də Uzaq Şərqin sakinləri görə biliblər.

Növbəti tam ay tutulması 2028-ci il dekabrın 31-dən 2029-cu il yanvarın 1-nə keçən Yeni il gecəsində gözlənilir.

Избранный
102
publika.az

1Источники