RU

Səlhəb Məmmədov: Cəmilə Haşımovanın hər bir əsərində onun şəxsi intonasiyası duyulur

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 mart, AZƏRTAC

Cəmilə Haşımova təbiətən, daxilən rəssamdır. Elə insanlar var ki, işi sadəcə “belə lazımdır” deyə görür, o isə sənətlə yaşayır: onu sevir və bütün varlığı ilə çalışır. Onun öz üslubu və dünyaya xüsusi baxışı formalaşıb. Ən başlıcası isə Azərbaycan mədəniyyəti ilə dərin bağlılığıdır. Yaradıcılığının kökləri milli ənənəyə, qədim mədəni yaddaşımıza gedib çıxır.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Gözəlliyə sevgi ilə” sərgisinin açılışı çərçivəsində Azərbaycanın Xalq rəssamı Səlhəb Məmmədov söyləyib.

Onun sözlərinə görə, rəssamın qrafika işləri xüsusi diqqətəlayiqdir. Bu əsərlər həm plastik həll, həm də ideya baxımından maraqlıdır.

“Onun rəngkarlığı da güclüdür: gözlənilməz rakurslar, məkan hissinin dəqiqliyi, detallarla incə işləmə diqqəti cəlb edir. O, rəngi və kompozisiyanı yaxşı hiss edir, qədərini bilir, yəni harada dayanmağın, harada davam etməyin lazım olduğunu bilir. Hər bir işində şəxsi intonasiya duyulur: bu, onun həyatı, onun baxışı, onun hissidir”, – deyə Səlhəb Məmmədov vurğulayıb.

Günel Alıyeva - müxbir

Orxan Kərimov – foto

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
azertag.az

2Источники