RU

Ərdəbilin cümə imamı Seyid Həsən Amili İranın yeni ali rəhbəri OLA BİLƏR – ŞOK İDDİA

Ərdəbilin cümə imamı Seyid Həsən Amili İranın yeni ali rəhbəri ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə fars mənbələri məlumat yayıb.

Ərdəbil şəhərinin cümə imamı, Ayətullah Xameneinin nümayəndəsi və Ekspertlər Şurasının üzvü Seyid Həsən Amili İran İslam İnqilabının Ali rəhbəri (“Rəhbər”) postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Məlumata görə, onun bu vəzifəyə seçilmə ehtimalı hazırda olduqca yüksək qiymətləndirilir.

Ayətullah Amili həm dini dairələrdə, həm də ölkənin siyasi elitasında nüfuzlu şəxsiyyət hesab olunur.

Onun namizədliyinin ön plana çıxması İranın gələcək strateji kursu və rəhbərliyin varisliyi məsələsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Seyid Həsən Amili uzun illərdir Ərdəbil bölgəsində dini və ictimai fəaliyyətləri ilə yanaşı, Azərbaycana qarşı çıxışları ilə də tanınır. 

Xuraman Etibarlı

İnterpress.az

Избранный
37
interpress.az

1Источники