RU

Tehranda yeni ali dini lider seçildi

İranda ali lider postuna seçkilər keçirilib.

Musavat.com xəbər verir ki, Iran International telekanalının yaydığı məlumata əsasən, Ekspertlər Şurası yeni ali lideri seçib və bu vəzifəyə Əli Xameneinin oğlu Muctəba Xamenei gətirilib.

Məlumata görə, qərar qapalı iclas zamanı qəbul edilib. Bildirilir ki, proses İran İslam İnqilabı Keşikçiləri Korpusunun təsiri altında baş tutub.

Hələlik rəsmi Tehran tərəfindən məsələ ilə bağlı açıq bəyanat verilməyib.

Qeyd edək ki, ali lider postu ölkənin siyasi və dini sistemində ən yüksək vəzifə hesab olunur və geniş səlahiyyətlərə malikdir.

 

Musavat.com

Избранный
33
musavat.com

1Источники