ain.az, Idman.biz saytına istinadən bildirir.
Kral Kuboku yarımfinalının “Barselona” və “Atletiko Madrid” komandaları arasında keçirilən ikinci oyun başa çatıb.
Barselonadakı “Spotify Camp Nou” stadionunda keçirilən oyun ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
29-cu dəqiqədə “Atletiko”nun yarımmüdafiəçisi Mark Bernal hesabı açdı. 45-ci dəqiqədə “Barselona”nın hücumçusu Rafinya penalti ilə hesabı artırdı. 72-ci dəqiqədə Bernal yekun hesabı müəyyən edib.
Komandaların ilk oyunu 12 fevralda Madriddəki “Civitas Metropolitano” stadionunda baş tutub və “Atletiko”nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Atletiko” ümumi hesabda “blauqrana"”ı 4:3 hesabı ilə məğlub edərək Kral Kubokunun finalına yüksəlib.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.