RU

ESPN İspaniyanı DÇ-2026-nı qazanmağa əsas namizəd adlandırıb

ESPN müxtəlif komandaların 2026-cı il dünya çempionu olmaq şanslarını qiymətləndirib.

İdman.Biz xəbər verir ki, turnirə 100 gün qalmış İspaniya birinci yerdədir. İlk üçlüyə həmçinin Fransa və Argentina milli komandaları da daxil olub.

İlk 15-lik aşağıdakı kimidir:

1. İspaniya.
2. Fransa.
3. Argentina.
4. İngiltərə.
5. Braziliya.
6. Portuqaliya.
7. Almaniya.
8. Niderland.
9. Mərakeş.
10. Kolumbiya.
11. Belçika.
12. Norveç.
13. Seneqal.
14. Xorvatiya.
15. Yaponiya.

Dünya çempionatı 11 iyunda başlayacaq və 19 iyula qədər davam edəcək. Turnir üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz
Избранный
77
1
idman.biz

2Источники