RU

İlon Maskdan Marsa doğru böyük addım: Starship in istifadə tarixi açıqlandı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı milyarder İlon Maskın rəhbəri olduğu "SpaceX" şirkəti 2027-ci ilin yayına qədər növbəti nəsil "Starlink" peyklərinin orbitə çıxarılması məqsədilə "Starship" raket sistemini tam işlək vəziyyətə gətirməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti şirkətin "Starlink" üzrə baş vitse-prezidenti Maykl Nikolsa istinadən məlumat yayıb.

Bu günə qədər şirkət tərəfindən 11 sınaq uçuşu icra edilib. Qarşıdan gələn 12-ci buraxılışın isə yaxın 4-6 həftə ərzində reallaşdırılması nəzərdə tutulur. Bundan əvvəl, ötən ilin oktyabr ayında baş tutan sonuncu sınaq bir saatdan çox davam edərək uğurla yekunlaşıb.

Təkrar istifadə oluna bilən "Starship" orbitə 250 tona qədər faydalı yük qaldırmağa qadirdir və bu göstərici ilə mövcud "Falcon" raketlərini səmərəlilik baxımından üstələyir. Yeni raket sistemi NASA ilə əməkdaşlığın dərinləşməsi və Aya, həmçinin Marsa insan missiyalarının göndərilməsi planları üçün həlledici əhəmiyyət daşıyır. Şirkət hər iki istiqaməti əsas prioritet kimi qəbul edir.

"Starship"in kommersiya məqsədli istismarına başlanılması ilin sonunda gözlənilir və bu, dəyərinin 1.5 trilyon dollar ola biləcəyi ehtimal olunan "SpaceX" səhmlərinin satışı ərəfəsində investorların diqqət mərkəzində olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
145
oxu.az

1Источники