RU

İranla bağlı gərginlik Asiya-Avropa reyslərini bahalaşdırdı

BAKI, 4 mart. TELEQRAF

Asiyadan Avropaya aviabiletlərin qiyməti son günlər bir neçə dəfə artıb. Buna səbəb Yaxın Şərqdə, xüsusilə İran ətrafındakı gərginlik fonunda Dubay və digər tranzit hava limanları üzərindən həyata keçirilən reyslərin ləğv edilməsidir.

Teleqraf xəbər verir ki, bu barədə "Novinky" portalı məlumat yayıb.

Məlumata görə, bahalaşma əsasən Asiyada, xüsusilə Tailand və digər ölkələrdə istirahətdə olan Avropa vətəndaşlarının artan tələbi ilə bağlıdır. Onların Yaxın Şərq üzərindən nəzərdə tutulan geri dönüş biletləri qüvvədən düşüb və turistlər təcili şəkildə alternativ marşrutlar axtarmağa başlayıblar.

Mütəxəssislər bildirirlər ki, regionda gərginlik daha da artarsa, aviabiletlərin qiymətində əlavə bahalaşma mümkündür.

Избранный
43
teleqraf.com

1Источники