İranın xəbər agentliyi Tasnim News Agency ABŞ-yə məxsus daha bir hərbi təyyarənin vurulduğunu iddia edib.
Musavat.com xəbər verir ki, agentliyin yaydığı məlumata görə, ABŞ-nin F-15 tipli qırıcısı İran Ordusunun hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Məlumatda insidentin vaxtı və məkanı ilə bağlı detallı informasiya verilməyib. ABŞ tərəfi isə hələlik bu iddiaya münasibət bildirməyib.
Musavat.com