RU

ABŞ-dən SON DƏQİQƏ AÇIQLAMASI: 17 İran gəmisi...

Şənbə günü başlayan və on minlərlə əsgərin iştirak etdiyi "Epik Qəzəb" əməliyyatı zamanı ABŞ ordusu 17 İran gəmisini məhv edib və 2000 hədəfə zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper X hesabında paylaşıb: "Bizə atəş aça biləcək hər şeyə diqqət yetiririk. Biz həmçinin İranın donanmasını - bütöv bir donanmanı batırırıq. İndi İranın ən bacarıqlı sualtı qayığı da daxil olmaqla, 17 İran gəmisini məhv etmişik, bu gəminin yan tərəfində dəlik var".

O, həmçinin ABŞ-ın B-2 və B-1 strateji bombardmançı təyyarələrinin nəticələrini "danılmaz cərrahi zərbələr" adlandırıb: "Bu gün Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində bir dənə də olsun İran gəmisi yoxdur. Və biz dayanmayacağıq".

Kuperin sözlərinə görə, "Epik Qəzəb" əməliyyatında 50 mindən çox Amerika əsgəri və 200-dən çox döyüş təyyarəsi iştirak edir və zərbələr gecə-gündüz həyata keçirilir: “Biz artıq 2000-dən çox sursatdan istifadə edərək təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətmişik və yüzlərlə İran ballistik raketini, buraxılış qurğusunu və dronunu məhv etmişik”.

Kuper qeyd edib ki, əməliyyatın əvvəlindən bəri İran Amerika hədəflərinə, İsrailə və ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinə qarşı cavab hücumlarında 500-dən çox ballistik raket və 2000-dən çox PUA atıb.

O, Tehranın zərbə qabiliyyətinin azaldığını vurğulayıb.

Musavat.com

 

Избранный
34
musavat.com

1Источники