Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun"20 Yanvar" stansiyası istiqamətində;
3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Zərifə Əliyeva küçəsində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
13. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.