RU

Maşını alan sürücü əvvəlki sahibinin başına oyun açır: Nömrəni başqa avtomobillərə vurub... FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sürücü törətmədiyi qayda pozuntularına görə məsuliyyətə cəlb edilir.

Redaksiyamızın qaynar xəttinə müraciət edən oxucu bildirir ki, ona məxsus 20-DX-913 qeydiyyat nişanlı "VAZ 2016" markalı avtomobili 2020-ci ildə etibarnamə ilə satıb. Lakin avtomobili alan şəxs nəqliyyat vasitəsini öz adına keçirmədiyindən, etibarnamənin müddəti başa çatdıqdan sonra tətbiq edilən cərimələr əvvəlki sahibinin adına gəlməyə başlayıb.

Bununla da problem bitməyib. Oxucunun sözlərinə görə, avtomobili alan şəxs həmin qeydiyyat nişanını "VAZ 21011" markalı başqa bir avtomobilin üzərinə də bağlayaraq müxtəlif qayda pozuntuları törədib. Nəticədə sürücü haqsız yerə cərimələnib. O, nəqliyyat vasitəsinin duracağa təmin edilməsi ilə bağlı müraciət etsə də, indiyədək heç bir nəticə əldə olunmayıb.

Bundan əlavə, onun adına ümumiyyətlə aidiyyəti olmayan avtomobillərə görə də cərimələr tərtib olunur. Belə ki, 20-DY-913 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin, eləcə də qeydiyyat nişanı məlum olmayan "Chevrolet" markalı avtomobilin cərimələrinin də onun adına rəsmiləşdirildiyi bildirilir.

Sürücü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən yazılmış cərimələrin ləğv edilməsini və ona məxsus 20-DX-913 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin duracağa yerləşdirilməsini xahiş edir.

Fərid

​​

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
84
avtosfer.az

1Источники