RU

İndoneziya ilk nüvə elektrik stansiyasını 2032-ci ildə istismara verməyi planlaşdırır

İndoneziya Milli Enerji Şurasının (DEN) baş katibi Dadan Kusdiana bildirib ki, ölkə 2032-ci ildə ilk nüvə elektrik stansiyasını istismara verməyə hazırlaşır.

Editor.az Prime xəbər agentliyinə istinadən xəbər verir ki, layihə ölkənin karbon neytrallığına dair öhdəliklərinə uyğun olaraq hazırlanmış genişmiqyaslı strategiyanın tərkib hissəsidir. Strategiyaya əsasən, 2060-cı ilədək 44 qiqavat həcmində nüvə enerji gücünə nail olmaq hədəflənir.

Kusdiana jurnalistlərə açıqlamasında deyib: “2025–2034-cü illəri əhatə edən Milli Elektrik Enerjisinin İnkişaf Planına əsasən, ilkin mərhələdə 2032-ci ilədək 500 meqavatlıq nüvə enerji gücünün yaradılması nəzərdə tutulur”.

Onun sözlərinə görə, yeni elektrik stansiyası Sumatra və ya Kalimantan adasında inşa edilə bilər. Hökumət sənaye mərkəzləri və regionun inkişaf etməkdə olan “mavi iqtisadiyyat”ı üçün daha uyğun hesab edilən kiçik modul reaktorlardan istifadə etməyi planlaşdırır.

//Gülnarə Abasova, Editor.az

Избранный
85
editor.az

1Источники