RU

Çempionatda işləri pis gedən klub baş məşqçisini dəyişdi - YENİ TƏYİNAT

“Alaves”da baş məşqçi dəyişib.

Sportinfo.az xəbər verir ki, ispan klubu Eduardo Koudet ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv etdiyini açıqlayıb.

Argentinalı məşqçinin gözlənilən gələcək klubu “River Pleyt” olacaq.

“Alaves”i bundan sonra Kike Sançez Flores çalışdıracaq. 61 yaşlı mütəxəssis, “Valensiya”, “Atletiko" və “Xetafe” ilə tanınır. Onun müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

"Alaves" hazırda La Liqada 26 oyundan sonra 16-cı yeri tutur.

Избранный
13
sportinfo.az

1Источники