RU

İranda kürd planı, silahlı üsyan hazırlığı: Kürd liderlərlə danışıqların DETALLARI

“Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda üsyan qaldırmaq üçün İraqdakı kürd qüvvələrini silahlandırmaq üzərində işləyir. Mənbələrə görə, Tramp administrasiyası hərbi dəstək üçün İran müxalifət qrupları və İraqdakı kürd liderləri ilə fəal danışıqlar aparır”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə planla tanış olan bir çox mənbəyə CNN-ə bildirib.  

İran kürd silahlı qruplarının sayı

İran-İraq sərhədi boyunca, əsasən İraq Kürdüstanında fəaliyyət göstərən minlərlə döyüşçüsü var. Müharibənin başlanğıcından bəri bir neçə qrup İran ordusunun qaçışına işarə edən və İran ordusundan geri çəkilməyə çağıran bəyanatlar verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kürd qruplarına zərbələr endirdiyini bildirib.

“Çərşənbə axşamı günü də Prezident Donald Tramp İran Kürdüstanı Demokrat Partiyasının prezidenti Mustafa Hicri ilə danışıb”, - İranın yüksək vəzifəli kürd rəsmisi CNN-ə bildirib. İran kürd müxalifət qüvvələrinin yaxın günlərdə İranın qərbində quru əməliyyatında iştirak etməsi gözlənilir.

Mənbə əlavə edib ki, onlar ABŞ və İsrailin dəstəyinə ümid edirlər.

Xəzər

“Cebheinfo.az”

Избранный
40
8
cebheinfo.az

9Источники