RU

Mərkəzi Bank "AniPay" mobil tətbiqinin və anipay.az saytının fəaliyyətinin dayandırılmasını qərara alınıb

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən"AniPay" mobil tətbiqinin və anipay.az internet səhifəsininfəaliyyəti dayandırılır.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabətmühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafınıntəşviq edilməsi məqsədilə qəbul edilib. Qeyd olunan tarixdənetibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindəndavam etdirilməsi nəzərdə tutulur. Belə ki, "AniPay" funksiyalarıartıq mobil bank tətbiqlərində mövcuddur.

"AniPay" tətbiqinin və internet səhifəsinin fəaliyyətinindayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeniimkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını dahada sürətləndirəcək.

Bu qərar Mərkəzi Bankın ödəniş xidmətlərinin təşviqinə yönəlmişinkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digərödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştiraküçün şərait yaradacaq.

Mərkəzi Bank bundan sonra da rəqəmsal ödəniş ekosistemindəsağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təminolunmasını diqqətdə saxlayacaq.

Məqalədə:
Избранный
103
az.trend.az

1Источники