RU

Tramp İran millisini DÇ-2026-ya buraxmayacaq? - Özü hər şeyi açıqladı

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatında İran millisinin mümkün iştirakdan kənarlaşdırılması məsələsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, “Politico” nəşrinə müsahibəsində bildirib ki, İranın DÇ-2026-da iştirak edib-etməməsi onun üçün əhəmiyyət daşımır: “İranın dünya çempionatında oynayıb-oynamaması mənim üçün tamamilə fərq etmir. Hesab edirəm ki, İran ciddi məğlubiyyətə uğrayır. Onlar son nəfəsindədirlər”.

Bunun fonunda ABŞ Futbol Federasiyası İran millisinin turnirdə iştirakını dəstəklədiyini açıqlayıb. Qurumun baş direktoru Cey Ti Betson "Sky Sports"a şərhində bildirib: “FIFA prezidenti Canni İnfantino həftəsonu bütün komandaların iştirakı ilə təhlükəsiz və etibarlı Dünya Kuboku keçirmək niyyətində olduğunu açıqladı. Biz, şübhəsiz ki, bunu hər cəhətdən dəstəkləyirik”.

Batson əlavə edib ki, ABŞ millisi pley-off mərhələsində İranla qarşılaşacağı təqdirdə məqsəd dəyişməz olacaq: “Biz dünya çempionatlarında İran millisi ilə bir neçə dəfə üz-üzə gəlmişik. Qarşılaşa biləcəyimiz digər 47 komandaya qarşı olduğu kimi, məqsədimiz qələbə qazanmaqdır. Ona görə də məhz bunu etmək üçün fürsəti səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, 28 fevral səhər saatlarında Donald Trump ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlayıb. Zərbələrə İsrail də qoşulub. İran isə cavab olaraq Fars körfəzi bölgəsində ABŞ obyektlərinin yerləşdiyi bir sıra ölkələrin ərazilərinə zərbələr endirib.

Избранный
26
3
publika.az

4Источники