İnfotur zamanı şagirdlər universitetin tədris korpusları, laboratoriyaları və muzeyləri ilə tanış oldular. Onlara tibb ixtisasları, təhsil prosesi, tələbə həyatı və akademik imkanlar barədə ətraflı məlumat verildi. Müasir tibbin inkişaf istiqamətləri, innovativ yanaşmalar və gələcək perspektivlər barədə təqdimatlar böyük maraqla qarşılandı.
Şagirdlər, eyni zamanda, tibb sahəsində karyera imkanları, rezidentura mərhələsi və beynəlxalq əməkdaşlıq proqramları haqqında məlumat əldə etdilər.
Belə maarifləndirici təşəbbüslər şagirdlərin dünyagörüşünün genişlənməsinə və peşə seçimində düzgün qərar vermələrinə mühüm töhfədir.