RU

"Bu layihə müəllimlərimizin sosial rifahına bir dəstək imkanıdır"

“Bu layihə çox böyük bir islahat tədbiri deyil, amma həqiqətən də müəllimlərimizin sosial rifahına bir dəstək imkanıdır, bizim üçün bir töhfə məsələsidir ki, bunu müəllimlərimiz üçün təqdim etmişik”.

Redaktor.az xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirdi.

O əlavə etdi ki, Təhsilin İnkişafı Fondu yaradılarkən məqsəd ondan ibarət idi ki, təbii ki, dövlət büdcəsindən kənar vəsaitlər formalaşsın:

“Bu ötən illər ərzində mən ilk öncə qeyd etmək istərdim ki, qızların təqaüdü istiqaməti, bizim qız övladlarımızın təqaüdü və onların təhsilinin dəstəklənməsi istiqamətində böyük işlər görüldü. Artıq minə yaxın qız övladımıza Təhsilin İnkişafı Fondu tərəfindən təhsillərini davam etdirmək üçün təqaüd verilir.

İkinci vacib layihə icra etdiyimiz, deməli bizim universitetlərdə 'advance' proqramının tətbiqi ilə bağlıdır. Mənə verilən məlumata görə, təxminən iki minə yaxın, 1500-dən bəlkə çox şəxs həm müəllimimiz, həm bizim tələbələrimiz imtahanlardan keçiblər. Eləcə də Bakı şəhərində və Azərbaycanın bir sıra regionlarında bir sıra təhsil müəssisələrinin quruculuğunda Təhsilin İnkişafı Fondu böyük rol oynayıb”.

Nuriyyə NATİQQIZI

Избранный
46
1
redaktor.az

2Источники