RU

Sertifikasiya imtahanında maksimum nəticə göstərən 10 müəllim mükafatlandırıldı

2022–2025-ci illərdə keçirilmiş sertifikatlaşdırma imtahanlarında maksimum nəticə (60/60 bal) göstərmiş 10 müəllimə TəhsilPlus kartları təqdim olunub.

Teleqraf xəbər verir ki, müxtəlif fənlər üzrə Bakı şəhəri və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri kartın ilk istifadəçiləri olublar.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət TəhsilPlus kartından istifadə imkanı əldə edəcək.

Избранный
20
teleqraf.com

1Источники