RU

Mers Trampla görüşdən sonra: Ukraynada Avropasız sülh razılaşması mümkün deyil

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniya kansleri Fridrix Mers martın 3-də "White House"da ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra bəyan edib ki, Avropa ölkələrinin iştirakı olmadan Ukrayna ilə bağlı əldə olunacaq istənilən razılaşma qəbuledilməz olacaq.

Bizimyol.info xəbər verir ki, görüşün yekunlarına dair brifinqdə çıxış edən Mers bildirib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarında Avropa mütləq şəkildə təmsil olunmalıdır. Onun sözlərinə görə, yalnız Avropanın iştirakı ilə əldə edilən razılaşma davamlı və legitim ola bilər.

“Avropalıların iştirakı olmadan razılaşma olmayacaq”, – deyə kansler vurğulayıb.

Mers, həmçinin Moskvaya təzyiqlərin artırılmasının vacibliyini qeyd edib. O bildirib ki, Rusiya prosesi uzadır və bununla da ABŞ prezidentinin iradəsinə qarşı çıxır. Kansler Moskva üzərində təzyiqin gücləndirilməsinə çağırdığını açıqlayıb.

Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi, bərpası və Avropaya inteqrasiyası məsələlərində Avropanın rolu əvəzolunmazdır və məhz bu amillər sabit sülhün təminatıdır.

Mersin Vaşinqtona səfərinin əsas məqsədi Trampı Kreml rəhbəri Vladimir Putinə qarşı daha sərt sanksiyalar tətbiq etməyə inandırmaq və bununla da Ukraynaya qarşı müharibəyə son qoymaq üçün təzyiqləri artırmaq olub.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
bizimyol.info

1Источники