RU

"Real" şokda: Ulduzu sıradan çıxdı, DÇ-2026-da olmayacaq

"Real"ın futbolçusu Rodriqo Qoes La Liqada "Xetafe" ilə keçirilən matçda (0:1) ağır zədə alıb.

Publika.az xəbər verir ki, Rodriqo ikinci hissədə meydana daxil olub və oyunu sonadək davam etdirib. Lakin ötən gün səhər saatlarında aparılan tibbi müayinədən sonra ona çarpaz bağın qırılması diaqnozu qoyulub.

"Marca"nın yaydığı məlumata görə, futbolçu uzun müddətə - 10 aylıq sıradan çıxıb və 2026-cı ildə keçiriləcək dünya çempionatını buraxacaq. Onun ən yaxşı halda 2027-ci ilin əvvəlində meydana qayıdacağı bildirilir.

Rodriqo bu mövsüm İspaniya çempionatında 19 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə vinger “1+2” (1 qol, 2 assist) göstəricisinə imza atıb.

Избранный
16
publika.az

1Источники