Bakı, 4 mart, AZƏRTAC
Keçən il Azərbaycanda 71 beynəlxalq, 1776 yerli idman yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Gənclə və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 36 yarış təşkil edilib: “Bir neçə federasiya tərəfindən də onların nümayəndələri işğaldan azad olmuş torpaqlara səfər edib. Çox müsbət haldır ki, idmanla məşğul olanların sayı artır”.