Bakı. Trend:
Gələcəkdə fiziki sağlamlıqla bağlı xəstəliklərin artmasının əsassəbəblərindən biri artıq çəkidir. Arzulayardıq ki, hörmətli işadamlarımız artıq ölkəmizdə şadlıq evlərinin sayını azaldaraq idmansaraylarının tikintisinə daha çox vəsait ayırsınlar. Nə qədər çoxidman infrastrukturu qurulsa, bir o qədər azdır və bu, cəmiyyətdəsağlam həyat tərzini də stimullaşdırar.
Trend xəbərverir ki, bunu Milli Məclisinin Gənclər və idman komitəsinin üzvüVüqar İskəndərov komitədə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günüilə bağlı keçirilən görüşdə deyib.
Millət vəkili bildirib ki, son illərdə fitnes və idmanmərkəzlərinin artması müşahidə olunur və bu sahə artıq biznesstrukturu kimi fəaliyyət göstərir.
Deputat vurğulayıb ki, regionlarda olimpiya proqramıqurulmalıdır:
“Gələcəkdə bölgələrdə istedadların erkən aşkarlanması üçünsistemli mexanizm formalaşdırılmalıdır. Xüsusilə komanda idmannövlərində və ağır çəkilərdə daha geniş seçim bazasına ehtiyac var.Halbuki ölkəmizin, hətta ən uzaq kəndlərin belə böyük potensialımövcuddur. Bunun üçün dövlət, federasiyalar, məktəblər və ailələrarasında əməkdaşlıq qurulmalıdır.
Gənclər və idman idarələri regionlarda fəaliyyət göstərir, lakinbiz təkcə rayon mərkəzləri ilə kifayətlənməməli, mütləq kəndlərəqədər getməliyik. Təcrübə göstərir ki, rayonlar müəyyən qədər əhatəolunur, amma kəndlərdə iş zəifdir və buna xüsusi diqqətayrılmalıdır. Hər şəhər və rayonda mütəmadi seçim günləri təşkilolunmalıdır. Bu seçimlər hətta bayram formatında keçirilə bilər.Fiziki tərbiyə müəllimləri, xüsusi təlim keçmiş mütəxəssislər vənazirliyin nümayəndələri bu prosesə cəlb oluna bilər”.
V.İskəndərov əlavə edib ki, məktəblərdə erkən fiziki testsisteminin qurulması da vacibdir. Bu, həm uşaqların sağlamlıqgöstəricilərinin izlənməsi, həm də istedadlı uşaqların vaxtındamüəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, perspektivli uşaqlar üçün xüsusi təqaüdfondunun yaradılması onların stimullaşdırılması və idmana davamlıcəlb olunması üçün mühüm addım olar.
“Digər vacib məsələ rəqəmsallaşmadır. Rəqəmsal transformasiyaartıq zamanın tələbidir. İdman sahəsində də vahid rəqəmsalplatforma yaradılmalıdır. Bu platforma bütün federasiyaların vahidonlayn sistemini birləşdirə bilər.
Belə bir sistem vasitəsilə federasiyaların vahid məlumat bazasıformalaşdırılar, yarış təqvimləri onlayn yerləşdirilər,lisenziyaların verilməsi və qeydiyyat prosesi sadələşdirilər,məşqçi və idmançı məlumatları sistemləşdirilər, statistikhesabatlar daha çevik şəkildə aparılar.
Bu, həm şəffaflığı artırar, həm idarəetməni asanlaşdırar, həm dəmüasir çağırışlara uyğunlaşmanı sürətləndirər. Müasirtexnologiyalar artıq həyatımızın bütün sahələrinə transformasiyaedib və idman sahəsində də bu proses daha datəkmilləşdirilməlidir”, - deyə o fikrini yekunlaşdırıb.