RU

Çin səhmləri Yaxın Şərqdəki münaqişələr fonunda ucuzlaşıb - Bloomberg

Çinin neft və gəmiçilik şirkətlərinin səhmləri Yaxın Şərq münaqişəsindən qaynaqlanan risklərlə əlaqədar çöküb.Missiya.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Çin biznesi neft qiymətlərinin dəyişkənliyi və gəmiçilik bazarındakı qeyri-müəyyənliklə bağlı narahatlıqlar fonunda enişdədir. Şanxay Fond Birjasında China Petroleum & Chemical Corp., PetroChina Co. və Cnooc Ltd. şirkətlərinin səhmləri 10 faiz düşüb.Şirkətlər xəbərdarlıq edir ki, neft qiymətlərində və ya yük daşımaları bazarında kəskin dalğalanmaları proqnozlaşdıra bilmirlər. Analitiklər xəbərdarlıq ediblər ki, bazarın sonrakı hərəkətləri əsasən xarici amillərdən asılı olacaq, ona görə də treyderlər Yaxın Şərqdəki hadisələri yaxından izləməlidirlər. Bu şərhlər neft qiymətlərinin artması və Hörmüz boğazı vasitəsilə enerji təchizatında fasilələr fonunda səhmlərin kəskin artmasından sonra verilib.

İlahə QənbərliMissiya.Az

Избранный
19
missiya.az

1Источники