RU

Anası hoteldə qətlə yetirən şəxsə bu cəza verildi

Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edib. 

Dövlət ittihamçısı bildirib ki, Ayxan Qasımlının yetkinlik yaşına çatmaması, polisə könüllü təslim olması və zərərçəkmiş tərəflə barışıq əldə olunması onun cəzasını yüngülləşdirən haldır. 

Dövlət ittihamçısı bütün bunları nəzərə alaraq məhkəməyə təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Nicat Mehtixanov isə müvəkkilinə 62-ci maddə tətbiq edilməklə ona daha yüngül cəza verilməsini xahiş edib. 

Daha sonra təqsirləndirilən şəxs son söz deyərək, anasını öldürmək fikrinin olmadığını bildirib. Onun sözlərinə görə, bu şəraiti anası yaradıb və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, istintaqla məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət isə "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib. Bundan sonra azyaşlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib.

Təqsirləndirilən şəxsə ifadə vermək təklif edilsə də, o imtina edərək istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.

O ifadəsində bildirib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
37
1
unikal.az

10Источники