RU

Avropa Ukraynanı "unutdu": Brüsselin diqqəti artıq Tehran üzərindədir

Nüfuzlu "Politico" nəşri xəbər verir ki, Qərbin diqqət mərkəzinin Yaxın Şərqə yönəlməsi Kiyev üçün ciddi maliyyə fəsadları doğurur.

Musavat.com xəbər verir ki, ötən həftə Ukraynaya 90 milyard avroluq "hərbi kredit" ayrılması üçün Macarıstanın qoyduğu qadağadan yan keçmək yollarını axtaran Brüssel, hazırda bütün diqqətini ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına cəmləyib.

Avropa İttifaqı liderləri arasında Ukraynaya dəstək məsələsi artıq prioritetliyini itirməyə başlayıb. Vaşinqtonun İrana qarşı başlatdığı genişmiqyaslı hücumlar və regionda yaranan gərginlik, Avropanın həm siyasi, həm də iqtisadi resurslarını bu istiqamətə yönəltməsinə səbəb olub. Ekspertlərin fikrincə, Brüsselin bu "diqqət dağınıqlığı" Kiyevə verilən vədlərin icrasını ləngidir.

"Politico"nun proqnozlarına görə, əgər yaxın həftələrdə 90 milyard avroluq paketlə bağlı qəti qərar verilməsə, martın sonuna qədər Ukraynanın hərbi və büdcə vəsaitləri tükənəcək. Bu isə cəbhədəki vəziyyətə birbaşa təsir göstərə bilər. ABŞ-ın da eyni vaxtda İranda hərbi əməliyyatlarla məşğul olması, Ukraynaya edilən koordinasiyalı yardımın zəifləməsi riskini artırır.

Musavat.com

Избранный
16
26
musavat.com

10Источники