RU

İrana hücumlar fonunda Trampdan ilginc açıqlama: Blefdir, yoxsa real?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini sərt tənqid edib. O, İranın qarşısının alınmaması halında nüvə müharibəsinin baş vermə ehtimalı olduğunu söyləyib.

Trampın sözlərinə görə, rəsmi Tehran potensial olaraq bir çox ölkələr və hətta dünya üçün ciddi təhlükə yarada bilər.

İranın nüvə dövlətinə çevrilməsi həqiqətən də dünya üçün fəlakət olardı? Trampın bu bəyanatı nə dərəcədə reallığa uyğundur?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, istənilən ölkənin nüvə silahı əldə etməsi adətən çəkindirici amil və təhlükəsizlik təminatı kimi əsaslandırılır:

“Bu yanaşmada müəyyən məntiq var. Lakin nüvə silahı eyni zamanda beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid deməkdir. Belə silahlar avtoritar və proqnozlaşdırılması çətin olan rejimlərin əlində olduqda şantaj vasitəsinə çevrilə bilər. Bu baxımdan İranın nüvə silahı əldə etmək istəyinin həm region, həm də qlobal səviyyədə risklər yaratması mümkündür.

Nəzərə almaq lazımdır ki, İran rejmi indiyədək qonşu ölkələrlə münasibətlərində aqressiv siyasət yürüdüb, onların daxili işlərinə müdaxilə etməkdə, məzhəbçilik meyillərini ixrac etməkdə, eləcə də müxtəlif ölkələrin ərazilərində casus şəbəkələri və proksi qüvvələr formalaşdırmaqda ittiham olunur. Bu isə regionda təhlükəsizlik mühitini zəiflədib və qeyri-sabitliyə səbəb olub.

Oqtay Qasımov

Hazırkı qarşıdurma da göstərir ki, bölgədə baş verənlər təkcə regional deyil, eyni zamanda qlobal təhlükəsizlik, enerji bazarları və dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır.

Donald Trampın açıqlamalarına gəlincə, bu bəyanatlar həm ABŞ ictimaiyyətində, həm də beynəlxalq aləmdə Vaşinqton və İsrailin İrana qarşı başlatdığı əməliyyatlarla bağlı yaranan suallara cavab vermək məqsədi daşıyır. Görünür, bu cür sərt fikirlər əməliyyatların zəruriliyini əsaslandırmaq üçün istifadə olunur”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
globalinfo.az

1Источники