Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ və İsrailin İrana hücumları beynəlxalq hüquqa ziddirÖlkə.az “Le monde”yə istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni deyib.
"İlk baxışdan bu, beynəlxalq hüquqa zidd və ya uyğunsuz görünür", -baş nazir qeyd edib.
O əlavə edib ki, amma bunu başqaları mühakimə etməlidir. “Mən vəkil deyiləm, beynəlxalq hüquq üzrə mütəxəssis də deyiləm", - deyə Karni əlavə edib.İspaniyanın Baş nazir Pedro Sançez isə deyib ki, ölkəsi Yaxın Şərqdə davam edən müharibənin "fəlakətinə" qarşıdır.
Baş nazir Sançez bunu ABŞ prezidenti Donald Trampın Madridlə ticarəti kəsməklə hədələməsindən sonra bildirib.
"Böyük insan fəlakətləri belə başlayır... Milyonlarla insanın taleyi ilə rus ruletkası oynaya bilməzsən", - deyə Sançez bildirib.Xatırladaq ki, baş nazir Sançez bu açıqlamasında əvvəl isə ABŞ və İsrailin İrana qarşı bombardmanını ehtiyatsız və qanunsuz adlandırdıqdan və daha sonra ABŞ təyyarələrinin İrana hücum etmək üçün İspaniyanın cənubundakı dəniz və hava bazalarından istifadə etməsini qadağan edib.
“The New York Times” peyk görüntülərinə əsasən yazıb ki, İranın raket və PUA hücumları Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, Yaxın Şərqdəki bir neçə ABŞ hərbi obyektində rabitə və radar infrastrukturuna zərər verib.
“Hədəflər arasında peyk rabitə terminalları, radar radomları, peyk antenaları və AN/TPY-2 radarları kimi raket izləmə sistemlərinin yaxınlığında yerləşən obyektlər var idi.”
Vurulan əsas hədəflər arasında Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargahı, Qətərdəki Əl-Udeyd Hava Bazası, Küveytdəki Arifcan və Əli Əl-Salim Düşərgəsi, Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazası və BƏƏ-dəki hədəflər var.
Nəşrin məlumatına görə, zərbələrdən görünür ki, məqsəd ABŞ hərbi rabitəsini və bölgədəki raketdən müdafiə koordinasiyasını pozmaq məqsədi daşıyıb.
Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.