RU

Əzizə Əhmədova: “Ən böyük arzum qardaşımın məzarını geri almaq və şəhid kimi dəfn etməkdir”

Kənan Mərasim Evində Müvəkkil Hüquq Mərkəzi və Əhməd Əhmədovun ailə üzvlərinin təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 38 ildönümü və bu təxribatın günasız qurbanı Əhməd İmani oğlu Əhmədovun şərəfinə iftar verilmişdir.

QHT.az xəbər verir ki, tədbirin əsas təşkilatçılarından olan mərhum Əhməd Əhmədovun bacısı Əzizə Əhmədova saytımıza açıqlamasında bildirib ki, Sumqayıt təxribatına qurban getmiş gənc qardaşım Əhməd Əhmədovla bağlı məsələni yenidən gündəmə gətirən hüquqşünas Səməd Vəkilov 2024-cü ildə Qərbi Azərbaycanla bağlı layihə çərçivəsində hazırladığı “Qərbi Azərbaycandan etnik təmizləmənin sonuncu mərhələsi (1987-1991): Çalxanqalaya köç” adlı kitabında Sumqayıt təxribatının hazırlanmasına geniş yer verib. Müəllif bu təxribatın qurbanı olmuş gənc qardaşım Əhməd Əhmədov haqqında geniş araşdırma aparıb. İlk dəfə bizim ailəmiz haqqında ictimaiyyətə dəqiq məlmuatlar verib Əhməd Əhmədovun doğum şəhadətnaməsini, ölümü haqqında arayışı dərc edib. S.Vəkilov “Səs.tv”-də mənimlə Əhməd Əhmədova həsr edilmiş verliş hazırlayıb. Eyni zamanda geniş ictimaiyyətin iştirakı ilə Əhməd Əhmədovun 60 illik yubileyi tədbirini təşkil edib. Bütün bunlara görə tədqiqatçı-hüquqşünas Səməd Vəkilova öz təşəkürüm bildirirəm və biz bu sahədə öz fəaliyyətimiz birlikdə davam etdirmək niyyətindəyik. Qardaşım Əhməd Əhmədovun məzərının geri alınması və onun şəhid kimi dəfn edilməsi mənim ən böyük arzumdur. Onunla bağlı qəlbimizdəki nisgili məzarı başında tökdüyümüz göz yaşı ilə sakitləşdirə bilərik.

Избранный
116
qht.az

1Источники