RU

Radio TMB 100.5 FM “İlin radiosu” seçildi

28 fevral 2026-cı il tarixində keçirilən “Azerbaijan Business Award 2025” mükafatlandırma mərasimində Radio TMB 100.5 FM “İlin radiosu” nominasiyası üzrə laureat adına layiq görülüb.

Mükafat ölkənin nüfuzlu biznes nəşrlərindən biri olan Business Time Azerbaijan tərəfindən təqdim edilib.
Bu il Azərbaycan radiosunun yaranmasının 100 illiyi qeyd olunur. Belə bir əlamətdar ildə məhz Radio TMB 100.5 FM-in “ilin radiosu” seçilməsi xüsusi rəmzi məna daşıyır.
1998-ci ildə fəaliyyətə başlamış və artıq 28 ildir dinləyicilərinə fasiləsiz yayım təqdim edən Radio TMB 100.5 FM yarandığı gündən etibarən peşəkar yayım prinsiplərinə, obyektiv informasiya siyasətinə və keyfiyyətli musiqi seçiminə sadiq qalaraq geniş dinləyici auditoriyasının etimadını qazanıb.

Bu gün Türk Musiqi Birliyi olaraq Radio TMB Türk dünyasının zəngin musiqi irsinin, ortaq mədəni dəyərlərinin və mənəvi birliyinin təbliğini əsas missiya kimi müəyyən edib.

TMB Media Qrup Radio TMB və TMB TV olaraq Azərbaycanla yanaşı, geniş Türk coğrafiyasının musiqi və mədəniyyətini dinləyicilərə çatdırır, sevdirir və təbliğ edir.
Bu mükafat kollektivin illər boyu göstərdiyi zəhmətin, yaradıcı yanaşmanın və dinləyici sevgisinin nəticəsidir.

Избранный
49
editor.az

1Источники