RU

Sabunçuda göl qanunsuz qarışıq süxur tullantıları doldurulub: araşdırma aparılacaq

Bakı.Trend:

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sovxoz Ramana ərazisindəyerləşən gölün doldurulması faktı Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə DövlətNəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Su NəqliyyatındaPolis İdarəsinin əməkdaşlarının iştirakı ilə yerindəaraşdırılıb.

Bu barədə Trend-ə Suların İstifadəsinə və Mühafizəsinə DövlətNəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma çərçivəsində Sabunçu rayonu, Maştağaqəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib. Müəyyənolunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxurtullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsidoldurularaq akvatoriya süni şəkildə kiçildilib.

Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəriquşların məskunlaşdığı ekoloji baxımdan həssas zonadır. Sututarındoldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayışevləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii sutənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin vəzirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına vəekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçünDaxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinəgöndərilib.

Məqalədə:
Избранный
145
24
az.trend.az

6Источники