RU

Milyonlarla insanın taleyi ilə "rus ruleti"

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın təhdidindən sonra açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Monkloa sarayından verdiyi bəyanatda Yaxın Şərqdəki münaqişənin "diplomatik və dialoq yolu ilə" həlli üçün çağırış edən Sançes dünyanın "problemlərini münaqişələr və bombalar vasitəsilə həll edə bilməyəcəyini" vurğulayıb.

"Beynəlxalq hüququn süqutuna yox deyirik. Dünyanın problemlərini bombalarla həll edə biləcəyi anlayışına yox deyirik. Keçmişin səhvlərinin təkrarlanmasına  yox deyirik. Xülasə, İspaniya hökumətinin mövqeyi iki kəlmə ilə ifadə edilir: Müharibəyə yox", — deyən Sançes ABŞ və İsraildən "çox gec olmadan" döyüşləri dayandırmağı istəyib. 

Sançes "Bir hüquqsuzluğa başqa bir hüquqsuzluqla cavab verilə bilməz. Bəşəriyyətin ən böyük fəlakətləri belə başlayır"  ifadələrini işlədib.

ABŞ Prezidenti Trampın İspaniyanın İran tutumu səbəbindən "ticarəti kəsməklə" təhdid etməsinə cavab verən Sançes mümkün sanksiyalardan çəkinmədiklərini söyləyib.

“Demokratiyaların və beynəlxalq hörmətin dağıntılar arasından doğacağını düşünmək sadəlövhlükdür. Kor-koranə və nökər kimi bir xətti izləməyin liderlik olduğunu zənn etmək də həmçinin”, — deyən Sançes İspaniyanın iqtisadi, institusional və mənəvi gücünə güvəndiklərini vurğulayıb.

"İran müharibəsi dünyanı daha təhlükəli bir yerə çevirdi", — deyən Sançes bunları qeyd edib: "Biz bu fəlakətin əleyhinəyik. Müharibəyə qarşıyıq. İrandakı müharibə daha ədalətli beynəlxalq nizam təmin etməyəcək. Bölgədəki ölkələrlə sülh və diplomatiya üçün birlikdə çalışacağıq. Bəşəriyyətin fəlakəti belə başlayır. Milyonlarla insanın taleyi ilə "rus ruleti" oynanmaz".

Избранный
77
1
cebheinfo.az

2Источники