RU

Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

İranın səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlət başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı dedi.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Избранный
25
49
7times.az

10Источники